Əsgər əsgəri bıçaqladı
05 iyul 2014 11:20 (UTC +04:00)

Əsgər əsgəri bıçaqladı

0
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri hərbçi yoldaşını bıçaqlayıb.

 

APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri Seymur Hüseynov aralarında yaranmış mübahisə zəminində əsgər yoldaşı Habil Bayramova bıçaqla xəsarət yetirib. Yaralı əsgər hospitala yerləşdirilib.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. 

 

Faktla bağlı araşdırma aparılır. 

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4173

Oxşar yazılar