Ermənistanda təbii fəlakət
03 oktyabr 2014 14:00 (UTC +04:00)

Ermənistanda təbii fəlakət

0

Ötən gücə Ermənistanın şimal-şərqində torpaq sürüşməsi olub. Lent.az-ın xəbərinə görə, bu barədə “İTAR-TASS” Ermənistanın nəqliyyat və rabitə nazirliyinə istinadən xəbər yayıb. Torpaq sürüşməsi gecə saat 02.00-da Vanadzor-Dilican magistralının 29-30 kilometrliyində baş verib.

 

Avtomobil yolu təmizlənib və nəqliyyatın hərəkəti bərpa olunub. Bununla belə, torpaq sürüşməsi təhlükəsi qalmaqdadır.

 

Son illərdə Ermənistanın şimal və şimal-şərqdə baş vermiş torpaq sürüşməsi ölkə iqtisadiyyatına ciddi ziyan vurub.

 

Sürüşmə ərazisində aktivlik müşahidə olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1624

Oxşar yazılar