Ermənistan Silahlı Qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarında yanğın törətməkdə davam edir.
APA-nın məlumatına görə, düşmən Ağdamın işğal altında olan Baş Qərvənd kəndinin ərazilərinə od vurub. Yanğın hazırda qoşunların təmas xəttindəki neytral sahəyə keçib.
Yanğının miqyası getdikcə genişlənir.