Ötən gecə Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Qazax rayonunun Məzəm kənd sakini yaralanıb.
Qazax Müalicə Diaqnostika Mərkəzindən APA-nın qərb bürosuna verilən məlumata görə, rayonun Məzəm kənd sakini, 1970-ci il təvəllüdlü Aslanov Çingiz Mədət oğlu sağ bud nahiyəsinin dəlib keçən güllə yarası diaqnozu ilə mərkəzə yerləşdirilib.
Dərhal əməliyyat edilən 44 yaşlı kənd sakininin vəziyyətinin orta-ağır olduğu bildirilir.