Ermənilər Füzuli, Ağdam və Tərtəri atəşə tutdu
09 iyun 2014 10:24 (UTC +04:00)

Ermənilər Füzuli, Ağdam və Tərtəri atəşə tutdu

0

Ermənilər cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində 19 dəfə mövqelərimizi atəşə tutub. Müdafiə Nazirliyindən Lent.az-a verilən xəbərə görə, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Ağdam rayonunun Yusifcanlı, Tərtər rayonunun Çiləbürt kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. 
 

Düşmən cavab atəşi ilə susdurulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 616

Oxşar yazılar