Erməni silahlı qüvvələrinin atəşi nəticəsində Azərbaycanın daha 2 dinc sakini yaralanıb.
APA-nın Qarabağ bürosunun məlumatına görə, bu gün axşam saatlarında Ağdam rayonunun Orta Qərvənd kənd sakinləri 1968-ci il təvəllüdlü Heydərov Fərhad Lənkəran oğlu və 1989-cu il təvəllüdlü Heydərov Rəşad Qulu oğlu da ermənilərin açdığı atəş nəticəsində baş nahiyəsindən yaralanıblar.
Hər iki sakin Ağdam Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Onların üzərində cərrahiyyə əməliyyatı aparılıb.