Ermənilər cəbhə  boyu atəşkəs rejimini pozub
28 aprel 2015 10:09 (UTC +04:00)

Ermənilər cəbhə boyu atəşkəs rejimini pozub

0

 

 

Erməni silahlı bölmələri cəbhənin müxtəlif sutka ərzində atəşkəs rejimini pozub.

 

Lent.az-;n nazirliyin saytına istinadən məlumatına görə, Ermənistan Respublikasının İcevan rayonunun Parayakar kəndində yerləşən mövqələrdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində və Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

 

Goranboy rayonunun Talış, Tapqaraqoyunlu, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Göyarx, Ağdam rayonunun Kəngərli, Qaraqaşlı, Şıxlar, Sarıcalı, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

 

Düşmən cavab atəşi ilə susdurulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 179

Oxşar yazılar