Gədəbəy Rayon Mərkəzi Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, avqustun 3-də saat 16 radələrində xəstəxanaya yerləşdirilən 2000-ci il təvəllüdlü Şəlalə Mais qızı Tağıyeva sol ayağından güllə yarası alıb. O, əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, 9-cu sinif şagirdi olan Ş. Tağıyeva öz həyətlərində düşmən gülləsinə tuş gəlib.