Ermənilər atəş açdı: Ağdamda 58 yaşlı kişi yaralandı
22 yanvar 2016 23:22 (UTC +04:00)

Ermənilər atəş açdı: Ağdamda 58 yaşlı kişi yaralandı

Ağdamda mülki vətəndaş erməni gülləsinə tuş gəlib.

 

APA-nın Qarabağ müxbiri xəbər verir ki, hadisə bu gün rayonun Təzəkənd kəndi ərazisində baş verib.

 

Ağdam rayon Güllücə kənd sakini 1958-ci il təvəllüdlü Fərəcov Məhəmməd Fərəc oğlu, təsərrüfatında suvarma işləri apararkən ermənilərin açdığı atəş nəticəsində yaralanıb.

 

Yaralı Tərtər Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

 

Yaxınlarının APA-ya verdiyi məlumata görə, həkimlər ilkin tibbi yardım göstərdikdən sonra məlum olub ki, güllə dərini zədələyib, lakin daxilə keçməyib.

 

Hazırda M. Fərəcovun səhhətində heç bir problem yoxdur. O xəstəxanadan evə buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 317

Oxşar yazılar

Lənkəranda hosteldə meyit tapıldı

Lənkəranda hosteldə meyit tapıldı

21 mart 2025 , 19:44
Gözətçinin meyiti məktəbdə tapıldı

Gözətçinin meyiti məktəbdə tapıldı

21 mart 2025 , 19:18
Evdə qaz balonu partladı-Xəsarət alanlar var

Evdə qaz balonu partladı-Xəsarət alanlar var

21 mart 2025 , 19:02
Bakıda diqqətsizlik piyadanın ölümünə səbəb oldu-VİDEO

Bakıda diqqətsizlik piyadanın ölümünə səbəb oldu-VİDEO

21 mart 2025 , 18:34
Gədəbəydə qar uçqununa düşən iki əsgərin meyitləri tapıldı

Gədəbəydə qar uçqununa düşən iki əsgərin meyitləri tapıldı

21 mart 2025 , 17:53
Bakıda bayram günü zəncirvarı qəza

Bakıda bayram günü zəncirvarı qəza

21 mart 2025 , 17:35
Bilmədən sirkə turşusu içdi, öldü

Bilmədən sirkə turşusu içdi, öldü

21 mart 2025 , 16:18
Sumqayıt bulvarında 27 yaşlı oğlanın meyiti tapıldı

Sumqayıt bulvarında 27 yaşlı oğlanın meyiti tapıldı

21 mart 2025 , 16:13