Azərbaycanda etnik azlıqlar arasında separatçılıq meylləri yaymaq üçün çalışan Ermənistan xüsusi xidmət orqanlarının daha bir təxribatı məlum olub. Lent.az-ın virtualaz.org-a istinadən məlumatına görə, mayın 25-də "YouTube" video portalında "Ani Margaryan" adlı admin tərəfindən Azərbaycanın cənub və mərkəzi regionlarından ibarət “Şirvan fars respublikası”nın “himni” adı altında videorolik yerləşdirilib.
Ermənistan xüsusi xidmət orqanlarına bağlı olan və Azərbaycana qarşı durmadan düşmən təbliğatı aparan animargaryan.org saytının iddiasına görə, həmin “himni” internetdə “Şirvan Azadlıq Cəbhəsi”nin Abşeron özəyinin A.A. adlı “təmsilçisi” yerləşdirib. Həmin “təmsilçi” sayta müsahibə də verib.
Xatırladaq ki, Azərbaycanda “Şirvan Azadlıq Cənhəsi” adlı gizli təşkilatın yarandığı haqda ilk dəfə bu ilin martında İrəvan Dövlət Universiteti şərqşünaslıq fakültəsinin dosenti Vardan Voskanyan danışmışdı.
Ötən ilin payızında bədnam separatçı Ələkrəm Hümbətovun Ermənistana və işğal altındakı Dağlıq Qarabağa səfərini təşkil edən V.Voskanyan bildirmişdi ki, bu günlərdə Azərbaycanda “Qafqaz farsları-tatlar” tərəfindən “Şirvan Azadlıq Cəbhəsi” adlı təşkilat yaradılıb.
“Bu təşkilat gizli fəaliyyət göstərəcək. Onun məqsədi Azərbaycan ərazisində Şirvan fars dövlətinin yaradılmasıdır” - deyə Voskanyan əlavə etmişdi.
Həmin vaxt sosial şəbəkələrdə “Şirvan Azadlıq Cəbhəsi”nin emblemi və bəyanatı da yerləşdirilmişdi. Mayın 16-17-də İrəvanda keçirilən konfransda yenidən bu barədə danışılıb.
Bəs Azərbaycanda Ermənistan xüsusi xidmət orqanlarının dəstəyi ilə doğrudanmı “Şirvan Azadlıq Cəbhəsi” adlı gizli separatçı təşkilat yaradılıb və bu təşkilatın adından YouTube portalında “fars dövləti”nin “himnini” yerləşdirən kimdir?
Şübhəsiz ki, əgər belə gizli təşkilat doğrudan da yaranıbsa, Azərbaycan xüsusi xidmət orqanları onu izləyir və fəaliyyətini nəzarət altında saxlayır. O cümlədən internetdə həmin “himnin” kim tərəfindən yerləşdirildiyini müəyyən etmək də Azərbaycan xüsusi xidmət orqanları üçün çətin deyil.
![Erməni kəşfiyyatından Azərbaycana qarşı növbəti TƏXRİBAT](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
Erməni kəşfiyyatından Azərbaycana qarşı növbəti TƏXRİBAT
![avatar](/storage/authors/46742033_Lent.az - Facebook profile picture.png)
Oxşar yazılar
![Masazırda FACİƏ: Gənc qız hamamda boğuldu](https://lent.az/storage/news/2024/june/26/big/667ba3d9c045e667ba3d9c045f1719378905667ba3d9c0458667ba3d9c045b.jpeg)
Masazırda FACİƏ: Gənc qız hamamda boğuldu
26 iyun 2024 , 09:33![Ağcabədidə mağazadan araq və siqaret oğurlayan saxlanıldı](https://lent.az/storage/news/2024/june/26/big/667b9af947abe667b9af947abf1719376633667b9af947ab8667b9af947abb.png)
Ağcabədidə mağazadan araq və siqaret oğurlayan saxlanıldı
26 iyun 2024 , 08:33![Kəlbəcərdə "Mercedes ML" aşdı - 2 ölü, 7 yaralı](https://lent.az/storage/news/2024/june/26/big/667b36825fb4d667b36825fb4e1719350914667b36825fb47667b36825fb4a.jpg)
Kəlbəcərdə "Mercedes ML" aşdı - 2 ölü, 7 yaralı
26 iyun 2024 , 01:28![Suya tullanan 21 yaşlı gəncin başı daşa dəyərək öldü](https://lent.az/storage/news/2024/june/25/big/667b154bdf860667b154bdf8611719342411667b154bdf85c667b154bdf85e.jpg)
Suya tullanan 21 yaşlı gəncin başı daşa dəyərək öldü
25 iyun 2024 , 23:07![Biləsuvarda 21 yaşlı oğlan özünü ağacdan asdı](https://lent.az/storage/news/2024/june/25/big/667abec031814667abec0318151719320256667abec03180d667abec031811.jpg)
Biləsuvarda 21 yaşlı oğlan özünü ağacdan asdı
25 iyun 2024 , 19:40Nəvələrinin gözü qarşısında motosikletdə başından vuruldu -VİDEO
25 iyun 2024 , 18:48![Azərbaycanlıdan rüşvət alan polis həbs olundu](https://lent.az/storage/news/2024/june/25/big/667ad6005113a667ad6005113b1719326208667ad60051134667ad60051137.webp)
Azərbaycanlıdan rüşvət alan polis həbs olundu
25 iyun 2024 , 18:43![Hacı Salman həbs olundu - Azyaşlı qıza seksual zorakılıq - YENİLƏNİB](https://lent.az/storage/news/2024/june/25/big/667a594727a42667a594727a431719294279667a594727a3c667a594727a3f.jpg)