Erməni əsirliyindəki Şahbaz Quliyev əməliyyat olunub
27 aprel 2015 10:32 (UTC +04:00)

Erməni əsirliyindəki Şahbaz Quliyev əməliyyat olunub

0

 

 

Kəlbəcərdə girov götürülən və hazırda Xankəndində saxlanılan Azərbaycan vətəndaşı Şahbaz Quliyev səhhətində yaranmış problemlə əlaqədar əməliyyat olunub.

 

APA-nın “Kavkazskiy uzel” portalına istinadən verdiyi məlumata görə, Ş. Quliyev öd kisəsinin xroniki tutması diaqnozu ilə Xankəndindəki xəstəxanada cərrahiyyə əməliyyatına məruz qalıb. Dağlıq Qarabağdakı “Helsinki təşəbbüsü-92” ictimai təşkilatının rəhbərliyi xəstəxanada Ş.Quliyevə baş çəkib. Onlar Ş.Quliyevin vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 192

Oxşar yazılar