Ər əmisi qızı olan arvadını öldürdü
15 iyul 2014 04:26 (UTC +04:00)

Ər əmisi qızı olan arvadını öldürdü

0

Ağcabədidə ər arvadını qətlə yetirib. APA TV-nin xəbərinə görə, hadisə Ağcabədi şəhərinin Qarabağ küçəsindəki 17 saylı evdə baş verib. Şəhər sakini, 36 yaşlı İsgəndərov Ərəstun Nizami oğlu ailə münaqişəsi zəmnində həyat yoldaşı, 28 yaşlı İsgəndərova Lalə Səfər qızını bıçaqla öldürüb.

 

Məlumata görə, hadisə baş verən vaxt Ərəstun İsgəndərov sərxoş olub. Onun qətli qısqanclıq zəmnində törətdiyi bildirilir. Qeyd edək ki, Lalə İsgəndərova və Nizami İsgəndərov həm də əmiuşaöıdırlar.

 

Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2110

Oxşar yazılar