"Qara Volqa" kitabında adı çəkilən qanuni oğru "Qızılbarmaq Tofiq"in yeganə oğluyam”. Lent.az-ın məlumatına görə, bu sözləri Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının aktyoru, əməkdar artist Rəhman Rəhmanov deyib. O, "Düz üzünə" verilişində bildirib ki, atası qanuni oğru olub:
”Atam başkəsən, cəllad kimi adam idi. Amma ömrünün son illərində atamın başına hava gəldi. Ona oğru aləmində ləkə gətirmək üçün toy gecəsi anamın qızıllarını oğurlamışdılar. Bu atamı təhqir etmək demək idi. Atam o qədər pis olmuşdu ki, toy gecəsi başına hava gəldi. Ömrünün sonlarına yaxın mən onu Opera və Balet Teatrında qapıçı kimi işə düzəltdim. Amma əmək qabiliyyəti yox idi deyə çalışa bilmədi. Sonra Akademik Dram Teatrında işə düzəltdim”.
Əməkdar artist: “Atam başkəsən, cəllad kimi adam idi”
0
0
0
0