Yanan binanın qarşısında Elza Seyidcahandan <span style="color:red;">MATƏM MELODİYASI
21 may 2015 15:24 (UTC +04:00)

Yanan binanın qarşısında Elza Seyidcahandan MATƏM MELODİYASI

Azərbaycanın əməkdar artisti, bəstəkar-müğənni Elza Seyidcahan paytaxtda yaşayış binasında yanğının baş verdiyi ərazidə olub. APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, müğənni binanın həyətində sakinlərə məxsus, yanmış binadan çıxarılan pianoda Fikrət Əmirovun "Prelüdlər" və Lüdviq van Bethovenin "Elizaya" (Bethovenin sevgilisinin ölümünə həsr etdiyi əsər) əsərlərindən melodiyalar ifa edib.

 

Müğənni APA-ya açıqlamasında ifa etdiyi melodiyanı binada yanğın zamanı ölən insanların ruhuna ithaf etdiyini açıqlayıb: “Demək olar ki, bu gün ölkəmiz matəm içindədir. Çox dəhşətli hadisə idi. Bu gün bura gəlməyi vətəndaş olaraq özümə borc bildim. Həyətdə yanmış fortepianonu görüb düşündüm ki, bu, həmin hadisədə həyatını itirən insanlara, azyaşlılara məxsus ola bilər. Pianoda Bethovenin və Fikrət Əmirovun lirik melodiyalarını çaldım. Bu ifaları həmin hadisədə ölən insanların xatirəsinə ithaf edirəm”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 282
avatar

Oxşar yazılar