“Azərbaycan və Ermənistan prezidentlərinin görüşü nəzərdə tutulub. Görüş baş tutmalıdır”.
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib.
O qeyd edib ki, Ermənistan konstruktiv mövqe nümayiş etdirsə, görüşdən nəsə gözləmək olar: “Ermənistan işğalçılıq siyasətindən əl çəksə bu, sülhün və əmin-amanlığın yaranmasına zəmin yaradacaq”.