Bu gün qrup gənc Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin yaşadığı evin qarşısında etiraz aksiyası keçirib.
APA-nın məlumatına görə, aksiya iştirakçıları Ə. Kərimlinin son günlər cəbhədə baş verən hadisələr və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu mövqeyə etiraz ediblər.
Onlar Ə. Kərimlini xarici təşkilatlardan maliyyələşərək, Azərbaycan dövləti və xalqına qarşı çıxdığını bəyan edib, gəncləri səhv istiqamətə yönləndirməkdə, ermənipərəst mövqe tutmaqda ittiham ediblər. Aksiyada “Ar olsun”, “Əli Kərimli ölkədən çıxmalıdır!” və “Şəhidlərin qanından istifadə etmə!”, “Şəhidlər ölməz, Vətən bölünməz!” və digər şüarlar səsləndirilib.
Polisin müdaxiləsi ilə aksiyanın qarşısı alınıb.
Xatırladaq ki, eyni tələblərə ötən gün daha iki aksiya keçirilib.