Elçin Quliyev beynəlxalq müdafiə sərgisində iştirak edib
06 may 2015 12:59 (UTC +04:00)

Elçin Quliyev beynəlxalq müdafiə sərgisində iştirak edib

Sərhəd Qoşunlarının komandanı general-polkovnik Elçin Quliyevin rəhbərliyi ilə nümayəndə heyəti İstanbulda keçirilən “İDEF-2015” beynəlxalq müdafiə sərgisində iştirak edib. Dövlət Sərhəd Xidmətindən Lent.az-a verilən məlumatına görə, nümayəndə heyəti tədbirin pavilyonlarına baxış keçirərək, müxtəlif ölkələrin müdafiə sənayesi şirkətlərinin silah-texnika və hərbi avadanlıqlar istehsalı sahəsində əldə etdikləri nailiyyətlərlə tanış olub.

 

Sərginin keçirildiyi günlərdə bir sıra ikitərəfli müzakirələr, o cümlədən Türkiyə Respublikasının Milli Müdafiə Naziri İsmət Yılmaz, Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Necdet Özel, Quru Qoşunlarının komandanı ordu generalı Hülusi Akar, Sahil Mühafizəsinin komandanı vitse-admiral Hakan Üstem ilə təkbətək görüşlər keçirilib. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə Türkiyə Respublikasınn Müdafiə Nazirliyi, Silahlı Qüvvələrin Baş Qərargahı, Quru Qoşunları və Sahil Mühafizəsi arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Qurumlar arasında qarşılıqlı əlaqələrin səviyyəsi yüksək qiymətləndirilib, hərbi-texniki sahədə və sərhədlərin təhlükəsizliyinin daha da möhkəmləndirilməsi istiqamətində əməkdaşlığın geniş­lən­dirilməsinin zəruriliyi vurğulanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 64
avatar

Oxşar yazılar