Prezident Ilham Əliyev Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələr və fəxri adlar verib. Lent.az-ın məlumatına görə, Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin rəisi Əliyev Adil Şirməmməd oğlu və Təşkilat-nəzarət baş idarəsinin rəisi Qasımov Elçin Lütvəli oğluna III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilb.
Prezidentin sərəncamına görə, Musayev Toğrul Sirac oğluna “Əməkdar hüquqşünas”, Hüseynov Füzuli Fazil oğluna isə “Əməkdar həkim” fəxri adı verilib.