İyunun 26-da Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən əcnəbi vətəndaş yaşadığı hoteldə otağından mobil telefon və üzüyünün oğurlandığını bildirib.
Lent.az-ın DİN-nin saytına istinadən verdiyi məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qadın qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalarla onun Bakı şəhər sakini S.Kişiyeva olduğu məlum olub. “Huawei” markalı mobil telefon və üzük maddi sübut kimi ondan götürülüb.