<b>Əcnəbiyə 77 min manat pul "atan" qadın saxlanıldı</b>
08 iyun 2018 13:22 (UTC +04:00)

Əcnəbiyə 77 min manat pul "atan" qadın saxlanıldı

İyunun 7-də Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş 2017-ci ilin fevral ayından cari il mart ayınadək olan müddətdə Sevinc adlı şəxsin paytaxt ərazisində onun alması üçün ev tapacağı adı ilə aldadaraq 77.000 manatını aldığını bildirib.

   

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Sevinc Mirzəyeva müəyyən edilərək saxlanılıb.

 

Faktla bağlı Nəsimi RPİ-də Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.   

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 213
avatar

Oxşar yazılar