Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev vəfat edib - YENİLƏNİB
23 iyun 2014 10:05 (UTC +04:00)

Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev vəfat edib - YENİLƏNİB

0
Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev bu gecə dünyasını dəyişib.

 

Məlumatı “APA-Economics”ə Dövlət Statistika Komitəsindən təsdiq ediblər.

 

Bildirilib ki, A.Vəliyev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

 

Mərhumun dəfn mərasimi bu gün baş tutacaq.

 

Qeyd edək ki, A. Vəliyev 1943-cü il iyunun 28-də Ağstafa rayonunun Həsənsu kəndində anadan olub.

 

1971-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. 1961-ci ildən 1990-cı ilədək Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində müxtəlif vəzifələrdə çalışıb.

 

1992-1993-cü illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasında böyük məsləhətçi vəzifəsində işləyib. 1993-cü ilin may ayından Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri vəzifəsində çalışıb.

 

İki övladı var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 6213

Oxşar yazılar