Gizli yollarla sərhədi keçənlər yaxalandı - <span style="color:red;">ƏMƏLİYYAT
30 may 2018 10:11 (UTC +04:00)

Gizli yollarla sərhədi keçənlər yaxalandı - ƏMƏLİYYAT

Mayın 25-də DSX hərbi qulluqçuları tərəfindən DİN əməkdaşları ilə birgə keçirilmiş sərhəd axtarışı və əməliyyat təd­birləri nəticəsində

İmişli rayonu ərazisində Cəbrayıl rayonunun məc­buri köçkünlərinin məskunlaşdığı 6 nömrəli qəsəbədə İran İslam Res­pub­likasından Azərbaycan Republikası istiqamətində dövlət sər­hə­dini pozmuş İİR vətəndaşı 1987-ci il təvəllüdlü Əhmədli Vəhid Hey­dər oğlu saxlanılıb.

Bu barədə Lent.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. Məlumatda bildirilir ki, sərhəd pozucusunun dindirilməsi nəticəsində onun Azərbaycan Res­publikası ərazisinə rəsmi yolla gəlmiş 5 nəfər Banqladeş vətən­daşına bələd­çi­lik edərək İİR ərazisinə qanunsuz keçirmək niyyəti ilə dövlət sər­hədini pozması müəyyən edilib. Tə­xirə­salın­maz əməliy­yat-axtarış tədbirləri nəticəsində Banqladeş vətən­daşları – 1993-cü il təvəl­lüdlü Mahammad Calal Ud­din, 1994-cü il tə­vəl­lüdlü Axmed Ma­lik Minbarali, 1995-ci il tə­vəllüdlü Min­haj Uddin Cabed, 1998-ci il təvəl­lüdlü Abdul Kazim Tolukber, 1999-cu il tə­vəl­lüdlü Mahammad Ebad Mo­zumber şübhəli şəxs qis­min­də saxla­nılıb.

Saxlanılan əcnəbilər barəsində müvafiq əməliyyat-istintaq təd­birləri həyata keçirilir.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 264
avatar

Oxşar yazılar