<b>Jurnalistlər üçün yeni müsabiqə elan olundu</b>
22 iyun 2018 17:09 (UTC +04:00)

Jurnalistlər üçün yeni müsabiqə elan olundu

Dövlət Gömrük Komitəsi və Mətbuat Şurası birlikdə müsabiqə elan edib.

 

Şuradan Lent.az-a verilən məlumata görə, hər iki qurum  gömrük xidmətində həyata keçirilən genişmiqyaslı islahatlar, əldə olunan nailiyyətlər, tətbiq edilən yeni texnologiyalar, qabaqcıl təcrübə, beynəlxalq əməkdaşlıq, gömrük-biznes əməkdaşlığı və digər məsələlərin kütləvi informasiya vasitələrində obyektiv işıqlandırılması, təbliği, habelə ictimaiyyətlə gömrük arasında əlaqələrin daha da inkişaf etdirilməsini təmin etmək məqsədilə yazı müsabiqəsi elan edir.

 

“Azərbaycan Gömrüyü - bu gün və sabahın çağırışları” mövzusunda yazı müsabiqəsi 22 iyul Milli Mətbuat Gününə həsr olunur.

 

Mükafatlandırılma aşağıdakı formada aparılacaq:

 

I yer – 1 nəfər - 1000 manat

II yer – 1 nəfər - 800 manat

III yer – 1 nəfər - 500 manat

 

Həvəsləndirici mükafat 10 nəfər - 100 manat

 

Müsabiqəyə sənədlərin qəbulu rəsmi iş günləri saat 10.00-dan 17.00-dək Azərbaycan Mətbuat Şurasına həyata keçiriləcək.

 

Müsabiqə mükafatçılarının adları 22 iyul - Milli Mətbuat Günü ərəfəsində açıqlanacaq. 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 264

Oxşar yazılar