Bakıda həbsxanaya qadağan edilmiş əşya keçirilməsinin qarşısı alınıb.
Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1; 29, 177.2.1; 177.2.2 və 177.2.4 maddələrinə əsasən həbs edilmiş şəxs Şəhriyar Elbrus oğlu Hüseynova dostu vətəndaş Əsgər Fərmayıl oğlu Mehdiyevin gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman, çörəyin içindən 1 ədəd “Ken Xin Da” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.