Bakıda 24 yaşlı oğlan dostunu qətlə yetirilib.
Xətai Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun NZS qəsəbəsində Mingəçevir küçəsi, 20 ünvanında qeydə alınıb.
Həmin ünvanda kirayədə yaşayan Ağcabədi rayon sakini, 1989-cu il təvəllüdlü Rəşad Rəşid oğlu Hacıyev eyni evdə yaşadığı dostu, Bərdə rayon sakini, 1982-ci il təvəllüdlü Aqil Tofiq oğlu Məhərrəmovu ürək nahiyəsindən bıçaqlayaraq qətlə yetirib.
Hadisəni törədən R. Hacıyev tutulub.
Faktla bağlı araşdırma aparılır.