Dolu və qasırğa Göygölün 7 kəndində fəsadlar törədib
12 iyun 2014 06:27 (UTC +04:00)

Dolu və qasırğa Göygölün 7 kəndində fəsadlar törədib

0
Qərb zonasında hökm sürən dolu və qasırğa Göygöl rayonunda da fəsadlarla müşahidə edilib.

Rayon icra hakimiyyəti başçısının müavini Rauf Nəsirovun APA TV-yə verdiyi məlumata görə, rayonun Zurnabad, Şəhriyar, Çaykənd, Yenizod, Toğana, Quşçu, Qarabulaq kəndlərinə düşən dolu evlərin dam örtüklərini zədələyib, sel suları yolları yuyub.

 

Göygöldə dolu və sel fərdi evlərlə yanaşı, avtomobillərin üzərinə də düşərək maşınları zədələyib. Bundan başqa istirahət mərkəzləri və digər obyektlərin dam örtükləri yararsız hala düşüb.

 

Məlumata görə, sel suları dağlardan yuyulub gələn çınqılı, daş parçalarını evlərə və yola töküb. Texnika kəndlərdə yolların təmizlənməsi işlərinə cəlb olunub.  Fəsadların aradan qaldırılması istiqamətində iş gedir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1166

Oxşar yazılar