Doğuş zamanı daha bir ölüm faktı baş verib - YENİLƏNİB
11 iyun 2014 19:43 (UTC +04:00)

Doğuş zamanı daha bir ölüm faktı baş verib - YENİLƏNİB

0

Azərbaycanda doğuş zamanı daha bir ölüm faktı baş verib.


 

APA-nın xəbərinə görə, hadisə bu gün rayon Sabirabad rayon Mərkəzi Xəstəxanasının Doğum Şöbəsində qeydə alınıb.

Sabirabad rayon sakini, 1995-ci il təvəllüdlü Gülbəniz Məhərrəmova bu gün xəstəxanada təbii doğuşla qız uşağı dünyaya gətirib. Yeni doğulan uşaq bir saatdan sonra xəstəxanada ölüb.

 

Xəstənin qohumlarının APA-ya verdiyi məlumata görə, G. Məhərrəmova ötən gün  rayon ərazisində yerləşən özəl klinikada  ultrasəs müayinəsində keçib və həkimlər onlara hamilə qadının və dölün vəziyyətinin tam normal olduğu bildiriblər.

 

Sabirabada Rayon Mərkəzi Xəstəxanasından  APA-ya bu barədə məlumat verilməyəcəyi bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1817

Oxşar yazılar