[b]Doğum evinin baş həkiminin evinə basqın edildi[/b]
03 iyun 2016 17:30 (UTC +04:00)

[b]Doğum evinin baş həkiminin evinə basqın edildi[/b]

0

Şirvan şəhərində quldurluq hadisəsi baş verib. 

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu gün səhər saat 10.00 radələrində Şirvan şəhər Doğum evinin baş həkimi Sevda Həsənovanın Şirvan şəhəri Z.Hacıyev küçəsi 1, mənzil 14 ünvanında yerləşən fərdi yaşayış evinə 3 nəfər maskalı şəxs daxil olub.

 

Həmin vaxt evdə tək olan baş həkimin qaynanası Sudsa Bəylərovanın ağzını bağlayan maskalı şəxslər evi axtraraq oradan 25 min manat dəyərində qızıl-zinət əşyaları götürərək aradan çıxıblar. Quldurluq edən şəxslər yaşlı qadına xəsarət də yetiriblər.

 

 

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır. Cinayəti törədən şəxslərin tapılması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 262

Oxşar yazılar