Daxili İşlər Nazirliyi Bakıda baş vermiş yanğınla bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən məlumatına görə, aprelin 28-də saat 01 radələrində Yasamal rayonunun Şərifzadə küçəsindəki çay evindən “Saf Su” doldurma məntəqəsinə keçən yanğın baş verib. Yaxınlıqda yerləşən avtoyuma məntəqəsində işləyənlərdən Qax rayon sakini Şöhrət Xanbabayev yanğını söndürmək məqsədi ilə sındırdığı pəncərə şüşəsi ayağına düşdüyündən qanaxmadan ölüb, həmyerlisi Kamandar Allahquluzadə isə tüstüdən zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib.
Yanğın nəticəsində 255 kvm. sahədə dam örtüyü yanıb.