Daxili İşlər Nazirliyi Daşkəsən rayonunun Bayan kəndində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, yanvarın 26-sı saat 17 radələrində Daşkəsən rayonunun Bayan kəndində Hacı Məmmədov idarə etdiyi “Chevrolet” markalı avtomobili körpüdən aşırıb. Nəticədə sürücü və sərnişini Elvin Haqverdiyev hadisə yerində ölüb.
Daşkəsən RPŞ tərəfindən araşdırma aparılır.