Daxili İşlər Nazirliyi dünən Xaçmazda baş vermiş dəhşətli hadisə ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, martın 22-də saat 01 radələrində Xaçmaz şəhəri ərazisində yerləşən qorunmayan keçiddə şəhər sakini Bəxtiyar Alışov dəmir yolu xəttini keçərkən elektrik qatarı ilə vurulub və nəticədə B.Alışov hadisə yerində ölüb.
Araşdırma aparılır.