Daxili İşlər Nazirliyi dəmir yol hadisəsi ilə bağlı rəsmi məlumat yayıb. Nazirlikdən Lent.az-a verilən məlumata görə, iyunun 25-də saat gecə 2 radələrində Hacıqabul rayonunun Qarasu kəndinin ərazisində kənd sakini Taciəddin Babayev elektrovozla vurulub. O, hadisə yerində ölüb.
Hazırda faktla bağlı DİN Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən araşdırma aparılır.