DİN iki nəfərin öldüyü qəza ilə bağlı məlumat yaydı
30 mart 2016 12:48 (UTC +04:00)

DİN iki nəfərin öldüyü qəza ilə bağlı məlumat yaydı

0

Daxili İşlər Nazirliyi Ələt-Astara yolunda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 29-da saat 21 radələrində Salyan şəhərində “KamAZ” markalı avtomobil Akkuşa çayına aşıb. Avtomobil sudan çıxarılıb.

 

İlkin məlumatlara əsasən avtomobil Qobustan rayon sakini Araz Qaçayev tərəfindən idarə edilirmiş, sərnişini isə Bakı şəhər sakini Mahir Həbibov olub.

 

BDYPİ tərəfindən araşdırma aparılır.

 

Hər iki şəxsin meyiti sudan çıxarılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 381

Oxşar yazılar