DİN Hövsandakı qətllə bağlı məlumat yaydı
23 aprel 2016 12:13 (UTC +04:00)

DİN Hövsandakı qətllə bağlı məlumat yaydı

0

Daxili İşlər Nazirliyi aprelin 21-də Bakıda baş vermiş qətl hadisəsi ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, Aprelin 21-də Bakı şəhər sakini – 76 yaşlı Nelli Sultanovanın qulaq nahiyəsində əzilmiş xəsarətləri olan meyiti yaşadığı Suraxanı rayonunun Hövsan qəsəbəsindəki mənzilində tapılıb. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində onun, qonşusu Vüsal İsayev və Bakı şəhər sakini Şəmsi Məhərrəmov tərəfindən tamah məqsədi ilə qətlə yetirilməsi müəyyən edilib və onlar tutulublar.

 

V.İsayev və Ş.Məhərrəmov evdən götürdükləri 750 manat pulu və  qızıl əşyaları təhvil veriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 318

Oxşar yazılar