Daxili İşlər Nazirliyi dünən Bakıda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, martın 31-də saat 04 radələrində Qaradağ rayonunun Səngəçal qəsəbəsində Bakı şəhər sakini Vüsal Ələkbərov idarə etdiyi “Mitsubishi” markalı avtomobili yolun kənarındakı avtobus dayanacağının hasarına vurub. Nəticədə V.Ələkbərovun sərnişinlərindən paytaxt sakini Əsgər Əliyev hadisə yerində, digər sərnişini İsmayıl Çerçiyev isə xəstəxanada ölüb.
BDYPİ tərəfindən araşdırma aparılır.