Daxili İşlər Nazirliyi Qazaxda baş vermiş dəhşətli hadisə ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iyunun 10-da Qazax rayonunun 2-ci Şıxlı kəndində Musa Musayev yaşadığı evdə ailə-məişət münaqişəsi zəminində arvadı Gülşadı balta ilə qətlə yetirib cəsədini yandırıb.
M.Musayev könüllü olaraq Qazax RPŞ-yə gələrək təslim olub.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.