Daxili İşlər Nazirliyi Bakıda baş vermiş yanğınla bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 7-də saat 23 radələrində Xətai rayonunun Naximov küçəsində Bakı şəhər sakini Süsən Mehdiyevayanın evində yanğın baş verib. Nəticədə 15 kvm. sahədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb. Yanıq xəsarəti almış S.Mehdiyeva xəstəxanaya yerləşdirilib.
Araşdırma aparılır.