Daxili İşlər Nazirliyi Bakıda baş vermiş intiharla bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, noyabrın 20-də Sumqayıt şəhər sakini Afaq Şükürova Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən "Vulkan" otelinin hamam otağında özünü asaraq intihar edib.
Fakt üzrə Binəqədi rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.