Daxili İşlər Nazirliyi Bakıda baş vermiş dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, aprelin 14-də saat 8 radələrində Suraxanı rayonu ərazisində - Zığ-Aeroport yolunda Bakı şəhər sakini Sadiq Edilov idarə etdiyi “KİA” markalı avtomobili qarşıda gedən paytaxt sakini Gülağa Quliyevin idarə etdiyi “VAZ-2104” markalı avtomobilə vurub və “VAZ” markalı avtomobildə yanğın baş verib. Nəticədə G.Quliyev və sərnişinləri, paytaxt sakinləri Narif Sadıxov və qardaşı Elçin hadisə yerində ölüblər.
Suraxanı RPİ tərəfindən araşdırma aparılır.