Daxili İşlər Nazirliyi göygöldə ölümlə nəticələn ağır yol –nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
Lent.az-ın DİN-in saytına istinadən məlumatına görə, mayın 26-da saat 6 radələrində Göygöl rayonunun Mollacəlilli kəndi ərazisində Kəlbəcər rayon sakini Əhəd Zeynalov idarə etdiyi “KamAZ” markalı avtomobili aşırıb. Nəticədə sərnişinləri, Kəlbəcər rayon sakini Eldar Fərzəliyev və Gəncə şəhər sakini Rəşad Bədəlov hadisə yerində ölüblər.
Göygöl RPŞ tərəfindən araşdırma aparılır.