Daxili İşlər Nazirliyi Yasamal rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən məlumatına görə, aprelin 2-də saat 22 radələrində Yasamal rayonunun Ə.Əhmədov küçəsində Bakı şəhər sakini Məmməd Abdullayev idarə etdiyi "ZİL" markalı avtomobillə yolun kənarında dayanmış 17 avtomobili vurub. Avtomobillərə qismən ziyan dəyib, bu zaman müxtəlif dərəcəli bədən xəsarətləri almış 3 nəfərə xəstəxanada ilkin tibbi yardım göstərilib.
Yasamal RPİ tərəfindən araşdırma aparılır.