Dərbəndin merinə qarşı cinayət işi açılıb
13 fevral 2015 15:11 (UTC +04:00)

Dərbəndin merinə qarşı cinayət işi açılıb

Rusiyanın Dağıstan Respublikasının Prokurorluğunda Dərbənd şəhər meri İmam Yarəliyevə qarşı cinayət işi açılıb.

 

APA-nın RİA “Dagestan” agentliyinə istinadən verdiyi məlumata görə, İ. Yarəliyev vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur.

 

Yoxlamalar zamanı “Dərbənd şəhəri” adlı şəhər dairəsinin ərazisində Dərbənd meriyası tərəfindən federal mülkiyyət obyektləri olan torpaq sahələrindən qeyri-qanuni istifadə halları aşkarlanıb. Nəticədə dövlətə 36 mln. rubl məbləğində ziyan vurulduğu müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 193
avatar

Oxşar yazılar