Deputatın obyektində qanlı olay:<span style="color:red;"> yaralılar var  - YENİLƏNİB
11 iyun 2014 16:56 (UTC +04:00)

Deputatın obyektində qanlı olay: yaralılar var - YENİLƏNİB

Fərhad Qəribov bu gün Kürdəmir şəhərindəki “Şəki” restoranında baş vermiş qanlı hadisə ilə bağlı açıqlama verib. Lent.az-ın editor.az-a istinadən məlumatına görə, millət vəkili bildirib ki, hadisədən xəbəri yoxdur. Fərhad Qəribov onu da əlavə edib ki, olayın baş verdiyi restoran onun oğluna məxsusdur.

 

 

*****

 

14:19

 

Bu gün Kürdəmir rayonunda bıçaqlanma hadisəsi baş verib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Kürdəmirin mərkəzi bazarında yerləşən “Şəki” restoranında orada ofisiant işləyən şəxslə aşpaz arasında dava olub. Dava-dalaş zamanı hər iki şəxs bir-birini bıçaqlayıb. Onlar müxtəlif dərəcəli kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

 

Hadisənin səbəbi və digər məqamlar barədə ətraflı məlumat verilmir. Olayın baş verdiyi restoranın yerləşdiyi bazar Kürdəmirdən seçilmiş millət vəkili Fərhad Qəribova məxsusdur.

 

Faktla bağlı araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8774
avatar

Nizam Rza

Oxşar yazılar