Deputatın evindən silah-sursat aşkarlandı - <span style="color:red;">YENİLƏNİB
15 may 2015 14:47 (UTC +04:00)

Deputatın evindən silah-sursat aşkarlandı - YENİLƏNİB

0

Millət vəkili Hacı Qalib Salahzadə evindən silah-sursat tapılması ilə bağlı xəbərlərə münasibət bildirib. Lent.az-a açıqlama verən deputat bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir: “Biri deyir evdə silah tapılıb, biri deyir bağda tapılıb. Biri yazır polis axtarış aparıb, o biri yazır ki, MTN axtarış aparıb. Bunların hamısı boş söhbətlərdir, şaiyədir. Mənim heç nədən xəbərim yoxdur”. 

 

***

 

Milli Məclisin deputatı Qalib Salahzadənin evindən silah-sursat aşkar edilib. 



Lent.az-ın “Qafqazinfo”ya istinadən xəbərinə görə, onun Bilgəhdə yerləşən evində bir neçə gün əvvəl hüquq-mühafizə orqanlarına daxil olan məlumat əsasında axtarış aparılıb. Axtarış nəticəsində deputatın evindən külli miqdarda silah-sursat tapılıb. 
Deputatın evində belə bir əməliyyat keçirilməsini hüquq-mühafizə orqanlarından da təsdiqləyiblər. Məlumata görə əməliyyatı polis keçirib. Artıq məsələ DİN rəhbərliyinin nəzarəti altındadır və hazırda ciddi araşdımalar aparılır. 

“Qafqazinfo” millət vəkilinin də mövqeyini öyrənməyə çalışıb. O belə bir faktın baş vermədiyini, məlumatın ona qarşı təxribat olduğunu bildirib. 

Qeyd edək ki, Sabunçu rayonundan millət vəkili olan Qalib Salahzadə həm də Şeyxülislam Allahşükür Paşazadənin qudasıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 184

Oxşar yazılar