Dünən Bakıda zorlanma hadisəsi qeydə alınıb. Lent.az-ın vesti.az-a istinadən verdiyi xəbərə görə, Zabrat qəsəbə sakini Rəhilə Qurbanova (etik normalara görə ad dəyişdirilib) Sabunçu rayon 15-ci polis bölməsinə müraciət edib.
Sabunçu rayon Polis İdarəsində qız bildirib ki, Natiq adlı tanışı ilə bərabər gecə saat 2-də Pirşağı qəsəbəsində dəniz sahilinə gediblər. Qadın izahatında göstərib ki, elə bilirmiş, Natiq ona dənizi göstərəcək, oğlan isə onu zorlayıb.
İş üzrə materiallar rayon prokurorluğuna verilib.