Dənizdən kişi meyiti tapıldı
07 iyul 2018 20:56 (UTC +04:00)

Dənizdən kişi meyiti tapıldı

Sumqayıtda dənizdən kişi meyiti tapılıb. Lent.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində dənizdə (nəzarətsiz ərazidə) naməlum kişi cəsədi aşkar edilib. Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Cəsəd sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.​

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 384
avatar

Oxşar yazılar