Dənizdə iki nəfər batıb 
10 iyun 2014 12:35 (UTC +04:00)

Dənizdə iki nəfər batıb 

0

Bakıda daha iki nəfər dənizdə batıb.


 

Xəzər rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə iyunun 9-da Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən “Mayak” dəniz çimərliyində qeydə alınıb. Bərdə rayon sakini İlham Hüseynov dənizdə çimərkən suda boğularaq ölüb. Onun meyiti tapılması üçün tədbirlər davam etdirilir.

 

Digər hadisə isə Xəzər rayonu Mərdəkan qəsəbəsinin ərazisindəki çimərlikdə qeydə alınıb. Binə qəsəbə sakinlərind’n Elmar Davudov suda boğularaq ölüb, Ceyhun Əliyev isə suda batarkən xilasedicilər tərəfindən xilas olunub.

 

E.Davudovun meyitinin tapılması üçün tədbirlər davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 934

Oxşar yazılar