Dələduzluq üstündə tutulan qadın: "Niyyət etmişdim..."
21 noyabr 2014 18:39 (UTC +04:00)

Dələduzluq üstündə tutulan qadın: "Niyyət etmişdim..."

APA TV-nin xəbərinə görə, rayon sakini Elmir Quliyev Rayon Polis İdarəsinin (RPİ) 29-cu polis bölməsinə müraciət edərək bildirib ki, o işdə olan zaman evlərinə gələn dilənçi qadın həyat yoldaşına kimsəsiz uşaqlar üçün pul yığdığını söyləyib. Dərhal araşdırmaya başlayan bölmənin əməkdaşları dələduzluqda şübhəli bilinən Beyləqan rayon sakini, 35 yaşlı Vüsalə Səfiyevanı saxlayıb. Təhqiqatçısı İbrahim Məmmədovun sözlərinə görə, Vüsalə Səfiyeva özünü Könül kimi təqdim edərək dələduzluq edib: "Vüsalə ev sahibinə bildirib ki, ağırlıq hiss edir. Bu yaxınlarda onun başına pis işlər gələcək. Nə iş gələcəyini soruşanda, deyib ki, övladı ölə bilər, həyatı yoldaşı isə onu atacaq. Evin xanımını razı salan dələduz ondan 2 ədəd üzük və geyim əşyaları götürüb".

 

Vüsalə Səfiyeva həmin əşyaları Quba məzarlığında basdıracağını və evin xanımı Fidan Quliyevaya edilən cadunu aradan götürəcəyini bildirir. Bundan sonra hadisəni Fidan Quliyevanın həyat yoldaşı bilib polisə xəbər verib. O,  bu yolla zərərçəkənlərin ailəsinə 3500 manata qədər maddi ziyan vurub.

Vüsalə Səfiyeva öz hərəkətini belə izah edir: "Niyyət etmişdim, övladım xəstəliyinə görə 12 qapıdan nəzir götürəcəkdim. 4-5 qapıya dəymişəm. Sonra bu qapıya gəldim.  Bunlarla da tanış çıxmışıq. Yəqin, sizin də də övladınız var. Məni başa düşərsiniz".

 

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1394
avatar

Oxşar yazılar