Dələduzluq edən şəxs yaxalanıb
09 avqust 2013 14:21 (UTC +04:00)

Dələduzluq edən şəxs yaxalanıb

Zaqatala RPŞ əməkdaşları tərəfindən dələduzluq etdiyinə görə Vüsal Zeynalov tutulub. Lent.az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytında məlumat yerləşdirilib. Aparılmış əməliyyat tədbirləri nəticəsində, onun, cari ilin aprel ayında Balakən rayon sakinləri Paşa Copsiyevin, Əhmədulla İsaqovun, Həvva Həsənovanın və Gülnaz Atayevanın etimadlarını qazanaraq, müvafiq olaraq onlardan da 6000, 7000, 5000 və 5000 manat pul alması müəyyən edilib.

 

Faktla bağlı araşdırmalar aparılır.

# 508
avatar

Oxşar yazılar