Bakıda baş vermiş dəhşətli avtobus qəzasında ölən digər şəxsin kimliyi müəyyənləşib. Səbail rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, sentyabrın 20-də səhər saatlarında Şıxov yolunda 120 saylı xətt üzrə hərəkət edən, 10 TF 869 dövlət nömrə nişanlı “Daewoo” markalı avtobusda həlak olan ikinci şəxs Masallı rayonunun Yeddioymaq kənd sakini, 1964-cü il təvəllüdlü Adıyev Polad Abdulla oğludur. Avtobus qəzasında ölən digər şəxs isə Bakı şəhərində fəaliyyət göstərən “Transqeyt” MMC-nin sürücüsü 1973-cü il təvəllüdlü Haqverdiyev Füzuli Əziz oğlu olub.
Qəza nəticəsində daha 9 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qeyd edək ki, P.Adıyev itkin düşmüş şəxs kimi axtarışa verildikdən sonra onun avtobus qəzasında həlak olduğu məlum olub.